...

Bakıda futbol hakimlərinin seminarı başlayıb

Cəmiyyət Materials 22 Oktyabr 2007 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/Azərbaycanın futbol hakimləri üçün hakim seminarı AFFA-nın qərargahında başlayıb. Trend in verdiyi məlumata görə, mühazirəçis qismində FİFA-nın keçmiş hakimi Surxat Miniroğlu çıxış edəcək. O, həmkarları ilə müasir futbolda ədalət təmsilçiləri işinin xüsusiyyətlərini bölüşəcək və onların peşəkar fəaliyyətinin müxtəlif aspektlərinə toxunacaq. Seminar iştirakçıları qarşısında xüsusi məruzə ilə, Avropa Futbol İttifaqı tərəfindən bir neçə dəfə aparıcı komandaların iştirakı ilə keçirilən oyunlara təyinat almış UEFA-nın inspektoru Asim Xudiyevdə çıxış edəcək. Kursların rəhbəri Rüstəm Rəhimovdur. Yüksək və birinci liqa kulublarının iştirakı ilə keçirilən oyunlarda xidmət edən hakimlərin iştirak etdiyi seminarlar oktyabrın 25-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti