...

"Azəri Star+" iştirakçısı Vüsalə Həsənova: "Fotomodellərdən nəyim əksikdir …"

Cəmiyyət Materials 24 Oktyabr 2007 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

"Space" TV-ilə canlı yayımlanan "Azəri Star +" mahnı yarışmasından bu axşam (23 oktyabr) daha bir iştirakçı sağollaşıb, evinə məğlub kimi yollanacaq. Onun kimliyi bu gecə bəlli olsa da, heç bir şərh vemədən, nominatların müğənnilikdən başqa daha nələrə qadir olduğunu sizlərə tanıtmaq istəyirik. Özünü kimsədən zəif saymadığını çəkinmədən söyləyən iştirakçı Vüsalə Həsənova TrendLife-bildirdi ki, vaxtilə ona fotomodel kimi tanınmağı bir çox insanlar təklif edib: "Amma mən müğənniliyi seçdim. Çünki, fotomodel olmaq heç də böyük arzum deyil. İnanın, bir gün oxumasam, elə bilirəm nəsə itirmişəm. Model kimi şəkil çəkdirmək, sadəcə, xobbimdir. Bir də ki, fotomodellərdən nəyim əksikdir? Maşallah olsun, qaş məndə, göz məndə. Gözəlliyimdən, ümumiyyətlə, danışmaq istəmirəm. Odur ki, Vüsalə Həsənova adlı modeli çəkiliş meydançalarında görsəniz, təəccüblənməyin".

Xəbər lenti

Xəbər lenti