...

Zeynəb Xanlarova gələn ay Türkiyədə konsert verəcək

Cəmiyyət Materials 26 Oktyabr 2007 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /müx. TrendLife Günel Əhmədova/

"Səs Orqanization"in rəhbəri Nahid Emiloğlunun təşəbbüsü ilə, gələn ay Türkiyənin müxtəlif bölgələrində xalq artisti Zeynəb Xanlarovanın iki günlük konsert olacaq. Təşkilatçının TrendLife-a verdiyi məlumata görə, konsertin noyabrın 4-də İstanbulun "Bostançı Göstəri" kompleksində başlanacaq, növbəti musiqili proqram isə noyabrın 6-da Dənizli şəhərindəki eyni adlı sarayda keçiriləcək. N.Emiloğlu birinci konsert üçün nəzərdə tutulan biletlərin satışının üç gün ərzində yekunlaşdığını diqqətə çatdırdı. İkinci konsretin biletləri isə, 8 gün öncə satışa çıxarılıb və ötən gün ona kassada az sayda bilet qaldığı xəbəri bildirilib. Öyrəndik ki, musiqili proqramlar Zeynəb Xanlarovanın 15 nəfərlik musiqiçi heyətinin müşayiəti ilə keçiriləcək. Canlı konsertdə o, Türkiyədə sevilən məşhur mahnılarını səsləndirəcək. Konsert komplekslərinin ayrı-ayrılıqda 2000-dən artıq tamaşaçı tutumu olduğunu diqqətə çatdıran Nahid Emiloğlunun əlavəsinə görə, konsertdə tamaşaçı izdihamının yaranacağı istisna edilmir. Nahid bəy onu da vurğuladı ki, Zeynəb xanım ona bir il öncə edilən təklifi geridə qoyduğumuz ayın birində cavablandırıb. Onu da əlavə edək ki, Heydər Əliyev adına sarayın təmirindən sonra orada çıxış edəcək sənətkarların sırasına xalq aritsti də qoşulub. Zeynəb xanım canlı ifası ilə tamaşaçılarının yaddaşını retro musiqiləri ilə təzələmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti