Azərbaycan, Bakı, 31 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/
"Azəri Star+"da Cavid Qafarovun rəhbəri olduğu qrup nəzərəçarpacaq dərəcədə fəal olsa da,müsabiqə sonna yaxınlaşdıqca, "mübarizə" səngiyir. Bunu Qrupfəalı Cavid də etiraf edir: "Bəli, görürəm ki, artıq bir yerdə mübarizə aparmaq qeyri-mümkündür. Ona görə də rəhbəri olduğum qruplaşmanı özüm dağıtdım. Həm də oğlan iştirakçıların sayının azalması ürəyimcə deyil. Qoy, bütün pərəstişkarlarım bilsinlər ki, Cavid Qafarov artıq təkbaşına mübarizə aparacaq".