...

Təl-Əvivdə azərbaycanlı alimin Bakı haqqında kitabının təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 6 Noyabr 2007 13:03 (UTC +04:00)

İsrail, Təl-Əviv / Trend müxbir R.Məmmədov / Təl-Əvivdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunun direktoru, politologiya və hüquq elmləri üzrə professor Rövşən Mustafayevin hekayələr kitabının təqdimatı olub.

"Təsvir olunmuş cənnət" kitabı "AZİZ" Azərbaycan-İsrail Assosiasiyasının təşəbbüsü və "AvrasiPress" Beynəlxalq Fondunun yardımı ilə Qüdsdə nəşr olunub.

Assosiasiyanın vitse-prezidenti, tanınmaş jurnalist və ssenarist Nina Yarovaya Trend ə bildirib ki, təqdimat mərasimi çox mehriban və nostalji ab-havada baş tutub, bakılılar öz uşaqlıq və gəncliklərini keçirdikləri şəhəri xatırlayıblar. Yarovayanın fikrincə, Mustayayev "Təsvir olunmuş cənnət" əsərini nə oxucunu, nə də tənqidçini nəzərə almadan qələmə alıb, nəticədə belə bir kitab meydana gəlib. "Kitabda mənim anadan olduğum Bakının nostalgiyası hiss olunur. Biz keçmişi indi mövcud olduğumuz üçün xatırlayırıq, əgər indi heç bir hadisə baş verməsəydi, biz bu hadisələrə cəlb olunmasaydıq, bu hadisələr barədə narahatlıq keçirməzdik, keçmişi xatırlamazdıq" - deyə Yarovaya qeyd edib.

"Bu kitabı oxuyan zaman mən keçmiş doğma beynəlmiləl şəhər olan Bakını xatırladım, bu şəhərdə müxtəlif xalqlar və mədəniyyətlərdən olan insanlar can deyib, can eşidərdi. Bu beynəlmiləl şəhərin çox bəlalar çəkməsinə baxmayaraq, mənim doğma Bakımda beynəlmiləl ruhu hələ də yaşayır" - deyə Yarovaya bildirib.

"AZİZ" assosiasıyasının prezidenti, Knessetin deputatı Yosef Şaqal təqdimat mərasimində bildirib ki, Mustafayevin hekayələr kitabı koloritli, metaforik bir kitabdır.

Xəbər lenti

Xəbər lenti