...

Röya və "Dəyirman" qrupu "ETA production"da yeni layihə hazırlayırlar

Cəmiyyət Materials 7 Noyabr 2007 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /müx. TrendLife Vüqar İmanov/ "ETA production" prodüser mərkəzində son vaxtlar işlər yağ kimi gedir. Bir çox yerli şou-biznes nümayəndələri keyfiyyətli musiqi məhsulu əldə etmək üçün yollarını məhz bu məkandan salırlar. Bu yaxınlarda Aygün Kazımova və Röya "ETA production"da mahnı yazdırıblar. Yazılmış mahnı Röyanın xoşuna o qədər gəlib ki, o, "Dəyirman" qrupu ilə birgə həmin mərkəzdə yeni layihəyə başlayıb. Layihənin nədən ibarət olması isə hələ Ki, sirr olaraq qalır. Müğənnilərdən Lalə Məmmədova da həmin mərkəzdə "Necə dözüm bu dərdə" mahnısı üzərində çalışır. Nəzərinizə onu da çatdıraq ki, Rafael və Coşğunun "Bu şəhərdə-7 il" adlı beşgünlük konsert proqramının mahnıları da həmin prodüser mərkəzində yazılıb.

Xəbər lenti

Xəbər lenti