...

Bu gün nədənsə, dramatik filmlərə daha çox vəsait ayrılır - kinorejissor və aktyor Ramiz Əzizbəyli

Cəmiyyət Materials 26 Noyabr 2007 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /müx. TrendLife Laləndə İsmayılova/

Kinerejissor, aktyor Ramiz Əzizbəyli komik filmlər çəkməyi arzulayır. Bunun üçün əlinin altında hazır ssenarinin də olduğunu deyir. Amma dediyinə görə, hər şey istəklə ölçülmür, bunun üçün dövlət sifariş verməlidir: "Mən özbaşına deyiləm ki, film çəkim. Bunun üçün dövlət sifarişi olmalı, külli miqdarda vəsait ayrılmalıdır. Bu gün, nədənsə, dramatik filmlərə daha çox vəsait ayrılır. Görünür, bu da ölkənin yaşadığı müharibə şəraitilə əlaqədardır". Bununla belə, rejissor hesab edir ki, əslində, komediya faciədən daha təsirlidir: "Komediyada olan dərd faciədə yoxdur. Bütün dünyada belədir ki, komediyanı yaşayırlar, amma faciəni oynayırlar". Rejissor komik filmlərin ərsəyə gəlməməsini bir neçə başqa səbəblə əlaqələndirir. Dediyinə görə, kino aləmindəki rejissor bolluğu, adamların ayrı-ayrı rejissorlara olan şəxsi simpatiyaları peşəkarları kənarda qoyub: "Mən "Bəxt üzüyü" filmini çəkəndən sonra 15 il film çəkmədim, amma rejissor var ki, ildə bir film çəkir. İndi kimə baxırsan kino çəkir, mənim kimi peşəkarlarsa, qıraqda qalıb,. Elə ona görə də bizi "Oskar"a yaxın buraxmırlar. "Oskar"a düşmək üçün böyük işlər görmək lazımdır".

Əzizbəylinin qənaətinə görə, bu gün komediya filmləri çəkmək üçün səviyyəli ssenarilərin də olması əsasdır, amma hələ ki, belə ssenarilərin yazılmadığını deyir.

Xəbər lenti

Xəbər lenti