...

Azərbaycan güləşçiləri Fransadan altı medal gətiriblər

Cəmiyyət Materials 27 Noyabr 2007 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın sərbəst güləş üzrə komandası Nitsada (Fransa) baş tutan beynəlxalq turnirdə 6 medal qazanıb.

Fəxri kürsünün ən yüksək zirvəsinə dünya çempionatının bürünc mükafatçısı Ramazan Abdurəhmanov ( 66 kq) və Olimpiya lisenziyasının sahibi Çamsulvara Çamsulvarayev ( 74 kq), həmçinin Xetaq Qazyumov ( 96 kq) qalxıb. Abil İbrahimov ( 60 kq), Emin Əzizov ( 66 kq) və Novruz Temrezov ( 84 kq) bürünc medala sahib olublar. Onlar yarışın əsas mərhələsində məğlub olsalar da,təsəlliverici görüşdə qalib gəlməyi bacarıblar.

Komanda, Bakı mundialından sonra Yaqub Məmmədovun postuna gələn Məhəmməd Aratsilovun rəhbərliyi altında çıxış edib. O hazırda pəhləvanları liseziya yarışlarına hazırlaşdırır.

Xəbər lenti

Xəbər lenti