...

Azərbaycanlı zəvvarlardan ibarət birinci qrup Həcc ziyarətinə yola düşəcək

Cəmiyyət Materials 3 Dekabr 2007 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Azərbaycanlı zəvvarlardan ibarət 35 avtobus karvanı bu gün gecə Səudiyyə Ərəbistanına yola düşəcək. Zəvvarlar Məkkədə (Səudiyyə Ərəbistanı) islamda buyrulan 5 vacib əməldən biri olan həcc ziyarətini yerinə yetirəcəklər.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bazar ertəsi bildiriblər ki, avtobuslar əvvəlki kimi İran-Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcək. QMİ nümayəndəsi bildirib ki, yolda zəvvarlar islam dünyasında müqəddəs sayılan yerləri ziyarət etmək imkanı qazanacaqlar.

Quru yolu ilə zəvvarlardan ibarət ikinci qrup isə dekabrın 5-də yola düşəcək.

Bu il Azərbaycandan 6 minə yaxın insan Həcc ziyarətini yerinə yetirəcək. Artıq cari ildə QMİ-ə ayrılan 4500 nəfərlik norma tamamlanıb. Digər yerlər isə zəvvarları Həcc ziyarətinə göndərməklə məşğul olan özəl turist şirkətlərinə verilib.

Təyyarələr Bakı-Ciddə marşrutu üzrə hərəkət edəcək, oradan isə gələcək zəvvarlar avtobuslar vasitəsilə Məkkəyə çatdırılacaq. Onlar Bakıya Ciddədən deyil, əvvəlki illərdə olduğu kimi, Mədinədən qayıdacaqlar.

Xəbər lenti

Xəbər lenti