...

Rusiyanın futzal üzrə yığması Bakı turnirində çıxış edəcək

Cəmiyyət Materials 6 Dekabr 2007 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Azərbaycanın futzal üzrə yığması növbəti mövsümə dekabrın 15-dən yanvarın 18 -dək İdman Sarayında keçiriləcək beynəlxalq turnirdə iştirakla başlayacaq. Trend in məlumatına görə, yarışda Qazaxstan, Rusiya və İran komandaları iştirak edəcəklər. Bakıya bir neçə dəfə səfər edən və meydan sahibləri üçün güclü sparrinq-tərəfdaş hesab edilən Rusiya yığma komandasının səfərini xüsusilə qeyd etmək lazımdır. Rusiya yığması Avropa çempionu adını qazanıb və qitə futzalında dəb qoyan komandalardan hesab edilir. Bu yarış Azərbaycan yığması üçün yoxlama xarakteri daşıyacaq. Məşqçilər həm əsas oyunçuların, həm də ehtiyat oyunçuların imkanlarını yoxlaya biləcəklər.

Xəbər lenti

Xəbər lenti