...

Azərbaycanın dini konsepsiyası hazırlanıb

Cəmiyyət Materials 7 Dekabr 2007 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanın dini konsepsiyası hazırlanıb. Bu barədə cümə günü jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov məlumat verib. Komitə sədri bildirib ki, sənədin layihəsi qəbul olunmaq üçün Milli Məclisə təqdim olunacaq.

Sənəddə dövlətin din siyasətinin əsas mahiyyəti və istiqamətləri müəyyənləşdiriləcək.

Azərbaycan Konstitusiyasına görə, din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol verilmir. Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsində, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

Xəbər lenti

Xəbər lenti