...

Bakıda pankration üzrə beynəlxalq turnir keçiriləgək

Cəmiyyət Materials 11 Dekabr 2007 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Z.Səfərov/ Bakı dekabrın 15-də növbəti dəfə İdman Sarayında keçiriləcək pankration (əlbəyaxa döyüş növü) üzrə beynəlxalq turniri qəbul edəcək. Gənclər və İdman Nazirliyindən Trend -ə bildiriblər ki yarışda Rusiya, Ukrayna, Qazaxstan, Litva, İran, Kanada və Səudiyyə Ərəbistanı komandaları iştirak edəcəklər. Mükafat uğrunda mübarizəni səksəndən çox döyüşçünün aparacağı gözlənir. Onların sırasında rinq sahiblərinin, yüksək yerlərə iddia edə biləcək iyirmi atleti var. Fəxri qonaqlar arasında Beynəlxalq Federasiyanın katibi Mussa Bahşaet və bu idman növünün Avropa Federasiyasının vitse-prezidenti Vladimir Stopkin də var.

Xəbər lenti

Xəbər lenti