...

"Qarabağ" FK Antaliyda təlim-məşq toplanışı keçəcək

Cəmiyyət Materials 12 Dekabr 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Qarabağ" futbol klubu Azərbaycan çempionatında yaranan qış fasiləsində keçiriləcək təlim-məşq toplantısının yerini müəyyən edib.

Yanvarın 5-də ağdamlılar Antaliyaya yollanacaqlar. Onlar burada üç həftə qalacaqlar. Bura Rusiya, Almaniya və Hollandiya klublarının gələcəyi də gözlənilir. Odur ki, Rasim Narayevin yetirmələri oyun praktikası çatışmazlığı hiss etməyəcəklər. Orada klubun məşqçi qşərərgahı, birinciliyin ikinci dövrəsində çıxış edəcək əsas heyəti gücləndirmək məqsədilə, yeni oyunçuları baxışdan keçirəcək və ehtiyat oyunçuları sınaqdan çıxaracaq.

Hazırda kollektiv məşqləri davam etdirir. Məşqlərdə komandanın legionerləri iştirak etmirlər.

Xəbər lenti

Xəbər lenti