...

Bir çox müğənniləri yaradıcı insan adlandırmaq çətindir-əməkdar artist İlqar Muradov

Cəmiyyət Materials 13 Dekabr 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /müx. TrendLife Cavid Osmanov/

Azərbaycanın əməkdar artisti İlqar Muradov son vaxtlar ekranlarda az-az görünür. Müğənni bunun səbəbini TrendLife belə açıqlayıb:

-Mən səhnədən getməmişəm. Sadəcə, müəyyən prinsiplərin tərəfdarıyam. Yerli şou-biznesdə qayda-qanunların olmaması istedadlı müğənniləri mənən öldürür. Mən bir çox müğənniləri yaradıcı insan adlandırmağa çətinlik çəkirəm. Onlar yalnız pul qazanmaq üçün oxuyurlar. Mənsə, mahnılarımı onu başa düşən insanlar üçün oxuyuram. Əlbəttə, çox istərdim ki, efirdə tez-tez görünüb, pərəstişkarlarımı sevindirim.

-Sizin yaradıcılığınız nə ilə fərqlənir?

-Mən həmişə oxuduğum mahnıları ürəkdən və canlı ifa edirəm ., Aygün Səmədzadə, Sevda Məmmədli, Hüseyn Abdullayev, Faiq Sücəddinov, Eldar Mansurov kimi bəstəkarlarla çalışıram.

-Siz Azərbaycan estradasında klassik şanson yerini tutmusunuz. Sizdən sonra bu janrda Eyyub Yaqubov oxumağa başladı. O, sizin rəqibinizə çevrilmədi ki?

-Eyyuba çox böyük hörmətim var. O, əsl musiqiçidir. Həqiqətən də, xalq üçün oxuyur. Mən ona rəqib kimi baxmıram. Çünki onun da öz tamaşaçı auditoriyası var.

-Bəs pərəstişkarlarınızı nə vaxt solo konsertlə sevindirəcəksiniz?

-Doğurdan da, solo konsert verməyin vaxtı gəlib çatıb. İnşallah ,2008-ci ilin yanvarında bu arzu gerçəkləşəcək.

-Yeni albomunuz nə vaxt işıq üzü görəcək?

-Bir halda kı, piratlar artıq albom çıxarıblar, yeni albom nəyə lazımdır? (gülür). Mənim albomum ABŞ-da işıq üzü görüb.

Xəbər lenti

Xəbər lenti