...

Rüşvət almaqda ittiham olunan jurnalist özünü təqsirli bilməyib

Cəmiyyət Materials 10 Yanvar 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar / Trend ,müxbir K.Zərbalıyeva/ Rüşvət almaqda ittiham olunan "Bizim yol" qəzetinin əməkdaşının işi üzrə cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə proses başlayıb.

Müşfiq Hüseynov ötən il iyulun 24-də Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" restoranında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Aparatının rəhbəri Rizvan Əliyevdən 3500 dollar rüşvət alarkən xüsusi əməliyyat nəticəsində həbs olunub. Faktla bağlı Cinayət Məcəlləsinin rüşvət alma (311.1) maddəsi ilə cinayət işi qaldırılıb.

Trend in məlumatına görə, prosesdə dövlət ittihamçısı Ehtiram Baxşəliyev ittiham aktını elan edib. Hüseynov özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib.

Zərərçəkmiş Əliyev ifadə verib və bildirib ki, Hüseynov xidməti otağında qəzetdə dərc olunan materiallarla bağlı ondan pul tələb edib.

"Qurd qapısı" restoranındakı sonuncu görüşlərində Hüseynov ondan hazırladığı məqalədəki məlumatları verən mənbənin adının açıqlanması üçün 1000, materialın qəzetdə dərc olunmaması üçün isə 2500 dollar tələb edib.

Sonra şahid qismində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli və nazirliyin aparat rəhbərinin müavini Ağacan Əhmədov ifadə verib. Onlar da Əliyevin ifadəsini təsdiq ediblər və bildiriblər ki, Hüseynov bir neçə dəfə nazirliyə gələrək "Bizim yol" qəzetində dərc olunmuş məqlələrə görə pul tələb edib.

Proses yanvarın 17-də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti