...

Anatoli Demyanenko: "Mən "Neftçi"ni Azərbaycan çempionu etmək üçün gəlmişəm"

Cəmiyyət Materials 10 Yanvar 2008 17:14 (UTC +04:00)
Anatoli Demyanenko: "Mən "Neftçi"ni Azərbaycan çempionu etmək üçün gəlmişəm"

Azərbaycan, Bakı, 10 yanvar / Trend , müxbir Z.Səfərov/ Anatoli Demyanenko "Neftçi"nin başq məşqçisi kimi rəsmi olaraq jurnalistlərə təqdim edilib. Mətbuat konfransında SSRİ yığma komandasının eks-yarımmüdafiəçisi bildirib ki, yenidən Bakıda olmaq və Azərbaycan futbolunun flaqmanı ilə işləmək çox sevindirici haldır.

İlk təəssüratlarıyla bölüşən məşqçi qeyd edib ki, gələcəkdə komandanın böyük perspektiviləri olduğuna inanır. Məşqçi vurğulayıb ki, qarşısına böyük məqsədlər qoyan "Neftçi" komandasının bazası, stadionu yaradılmaqdadır.

Klubun vitse-prezidenti Ramin Musayev bildirib ki, Demyanenkonun Bakıda işləyəcəyinə dekabrda nail olublar. Lakin mütəxəssisin şəxsi problemləri səbəbindən paytaxta gəlişi dekabrda yox, yanvarın əvvəlində baş tutub. Musayev qeyd edib ki, məşqçi komandanı çalışdırmaqla yanaşı, həm də ehtiyat oyunçuların hazırlanmasında iştirak edəcək.

"Mən hadisələri qabaqlayıb planlarımız haqqında danışmaq istəmirəm. Xatırlayırsınızsa, ötən mövsüm KİV-də "Neftçi"nin çempion tituluna sahib olacağı xəbəri yayılmışdı, lakin çempionatın sonuna bir tur qalmış, "Olimpik"ə uduzaraq titulu əldən buraxdıq" - Musayev qeyd edib.

Vitse-prezident vurğuladı ki, ümidləri doğrultmayan Vlastimil Petrjel məhz onun təşəbbüsü ilə "Neftçi"dən getdi. "Qəribə olsa da, Sankt-Peterburqun "Zenit" komandasına rəhbərlik edən Petrjel komanda Rusiya çempionu titulunu qazandıqdan sonra ruhdan düşüb. O, məşqləri lızımi səviyyədə aparmırdı, sonra isə tələb etdi ki, kamandanın oyunçularını Avropa-2008 Çempionatının seçmə oyunlarına buraxmayaq. Faktiki olaraq, komandanı dağıtdı və qış fasiləsində baha qiymətə Çexiya çempionatı komandalarının ehtiyat oyunçularını almaq istəyirdi" - Musayev vurğuladı.

Demyanenko bildirib ki, yaxın zamanda "Neftçi" komandasının reytinqini yüksəltməyə çalışacaq. "Mənim həyatımda bir məqsəd var - qalib olmaq. Buna görə mən bu komandayla Azərbaycan Çempionu titulunu qazanacam" - ukraynalı mütəxəssis əlavə edib. Məşqçi bildirib ki, əsas heyətin oyunçuları xoş təəssürat yaratsa da, ehtiyat oyunçulardan da istifadə edəcək. "Odessanın "Çernamorets" komandasından tanıdığım Branimir Subaşiçi bəyənmişəm. Bu sözləri Ukraynada ad qazanan Samir Əliyevin ünvanına da demək olar" - Demyanenko bildirib.

Musayev qeyd edib ki, "Neftçi"nin oyunçuları ilə xarici klublar maraqlanmağa başlayıblar, xüsusilə Turkiyə klubları. Vitse-prezident yığışanları inandırıb ki, komandanın özəyi mövsümün sonunadək dəyişməyəcək.

Xəbər lenti

Xəbər lenti