...

Azərbaycanlı dirijor Yalçın Adıgözəlov İstanbulda çıxış edəcək

Cəmiyyət Materials 5 Fevral 2008 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 fevral /müx. TrendLife Eldar Hüseynzadə

Tanınmış dirijor Yalçın Adıgözəlov 2008-ci ildə dahi bəstəkar Qara Qarayevin əsərlərini ölkədən kənarda təbliğ etməyi qarşısına məqsəd qoyub. Dirijorun TrendLife-a verdiyi məlumata görə, fevralın 14-də dahi bəstəkarın yubileyi ilə əlaqədar İstanbulda konsert proqramı təşkil olunacaq. Gecədə "Leyli və Məcnun" simfonik poeması, "Don Kixot" qravürası səslənəcək. Həmin konsertlərin dirijoru Yalçın Adıgözəlov olacaq. Bu, Qara Qarayevin yubileyi ilə əlaqədar dirijorun verdiyi dördüncü konsert olacaq.

Xatırladaq ki, bundan əvvəl o, yubileylə əlaqədar iki dəfə İzmirdə, bir dəfə isə Budapeştdə konsert proqramı ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti