...

"Xəzər" FK-nun hücumçusu MDB və Baltika ölkələrinin ən yaxşı futbolçuları üçlüyünə daxil olub

Cəmiyyət Materials 6 Fevral 2008 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir Z.Səfərov/ "Xəzər-Lənkəran" futbol klubunun hücumçusu Zaur Ramazanov yanvar ayının yekununa görə, MDB və Baltikanın ən yaxşı futbolçularının üçlüyünə daxil olub.

Rusiyanın məşhur "Sport-Ekspress" nəşrinin keçirdiyi ənənəvi sorğuya əsasən, hücumçu 795 səs toplayıb ki, bu da yeddi faiz təşkil edib. Birlik Kubokunun final oyununda Özbəkistanın "Paxtakor" klubu üzərində qazanılan 4:3 hesablı qələbədə vurulan topun müəllifi yalnız "Sportinq"in yarımmüdafiəçisi Marat İzmaylovu və London "Arsenal"ında çıxış edən belaruslu Aleksandr Qlebi irəli buraxıb.

Bu yaxınlarda Ramazanov komanda nizam-intizamını pozduğuna görə, transferə çıxarılıb və çox güman ki, milli birinciliyin ikinci dövrəsi öncəsi "Xəzər-Lənkəran"ı tərk edəcək.

Xəbər lenti

Xəbər lenti