...

Kamran Həsənlinin "Bağlama"sı bağlanıb?

Cəmiyyət Materials 8 Fevral 2008 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral /müx. TrendLife Şahin Cavadsoy

Hər həftənin çərşənbə axşamı ANS telekanalında "Bağlama" adlı müəllif proqramıyla tamaşaçıların görüşünə gələn şoumen Kamran Həsənlinin verilişi bağlanıb? Bu sualla Kamranın özünə müraciət etdik. TrendLife-a açıqlama verən şoumen, narahatçılığa heç bir səbəb olmadığını deyib, şayiələrin yayılmasına bu cür şərh verdi: "Burada qəribə heç nə yoxdur. Yəni təkcə bu həftə "Bağlama" efirdə olmayıb. Proqramın bağlanması ilə bağlı yayılan şayiənin olması məni çox sevındirir. Deməli, verilişim tamaşaçılar tərəfindən maraqla izlənilir ki, camaat "Bağlama"nın bir həftə efirdə olmamasından narahatçılıq keçiriblər. Amma fürsətdən istifadə edib bildirirəm ki, 12 fevrlal tarixində "Bağlama" mütləq efirdə olacaq . Proqramın mövzusu isə yerli seriallardan bəhs edəcək".

Xəbər lenti

Xəbər lenti