...

Qrossmeyster Teymur Rəcəbov Moreliya-Linares superturnirinə hazırlığı başa vurur

Cəmiyyət Materials 14 Fevral 2008 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir Z.Səfərov / Azərbaycan qrossmeysteri Teymur Rəcəbov fevralın 15-də başlayacaq Moreliya-Linares superturnirinin başlanması ərəfəsində Meksikada iqlimləşmə keçir.

Şahmatçı iqlimə uyğunlaşmaq və yarışlarda uğurla çıxış etmək üçün yarış iqtirakçıları arasında Şimali Amerikaya birinci gələnlərdəndir. Rəcəbov Veyk-An-Zeedə keçən "Corus chess-2008" superturnirinin qalibi Maqnus Karlseni qabaqlayaraq turnirdə yeddinci reytinqə malik olub.

Qələbəyə əsas namizəd qismində bu yaxınlarda Hollandiyada keçən turnirdə Teymur Rəcəbovun məğlub etdiyi dünya çempionu Vişvanatan Anand hesab olunur. Həmin turnirdə Teymur Rəcəbov üçüncü yeri tutub. Yarışlarda həmçinin Vasili İvançuk, Vaselin Topalov, Peter Leko, Levon Aronyan və Aleksey Şirov iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti