...

Dünyanın 60-dək şəhərində Xocalı soyqırımının ildönümü anılacaq

Cəmiyyət Materials 18 Fevral 2008 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir S.İlhamqızı/ Xocalı Soyqırımının 16-cı ildönümü münasibətilə dünyanın 60-dək şəhərində anım tədbirləri keçiriləcək. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Fevralın 23-də Fransanın Strasburq şəhərindəki Brogli meydanında (Place Broglie) Azərbaycan və türk dipaspor təşkilatları tərəfindən mitinq keçiriləcək.

Fevralın 24-də Hollandiyanın Haaqa şəhərində Xocalı faciəsinə həsr olunmuş abidənin açılışı olacaq.

Fevralın 26-da Xocalı faciəsi qurbanlarının xatirəsi Almaniyanın Mayns şəhərində yad ediləcək. Böyük Britaniya fevralın 25-də London Caspian-Xəzri məktəbində, fevralın 26-da isə London Azərbaycan Gənclər Klubu Xocalı faciəsini anım mərasimi keçirəcəklər.

Fevralın 24-də İsveçin Stokholm şəhərindəki Sergelstorg meydanında və İsveç parlamentinin binası qarşısında bu ölkədə fəaliyyət göstərən diaspor qurumları etiraz mitinqi keçirəcəklər.

Fevralın 25-26-da isə İsveçin Höteborq şəhərində Xocalı soyqırımına həsr olunmuş kütləvi tədbirlər keçiriləcək. Fevralın 25-də Höteborq Kulturhuset Mədəniyyət Mərkəzində, ertəsi gün isə "Apple" otelinin konfrans zalında "Qanlı 26 fevral" mövzusunda seminar keçiriləcək. Fevralın 26-da İsveçdəki Azərbaycan və türk diaspor təşkilatları birlikdə Höteborqun mərkəzi meydanında Xocalı faciə ilə əlaqədar etiraz aksiyası təşkil edəcəklər.

Danimarka, Moldova, Baltikyanı ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da Xocalı faciəsinin ildönümü münasibətilə birgə tədbirlər planı hazırlayıblar.

Çexiyada fevralın 28-də keçiriləcək anım mərasimi də silsilə tədbirlərdən ibarət olacaq.

Xocalı faciəsinin 16-cı ildönümü fevralın 26-da Kanadanın Monreal, Toronto şəhərlərində də qeyd ediləcək.

ABŞ-da isə da soyqırım qurbanlarının xatirəsi bir neçə şəhərdə müxtəlif tədbirlərlə anılacaq, fevralın 22-də Vaşinqtonda Ermənistanın səfirliyi qarşısına etiraz yürüşü olacaq, fevralın 23-də Nyu-Yorkdakı Türk Mərkəzində seminar keçiriləcək.

Fevralın 23-də Türyiənin İzmir şəhərində, 25-də paytxat Ankarada, fevralın 26-da Manisa şəhərində mitinq və müxtəlif tədbirlər təşkil olunacaq.

Xocalı soyqırımının 16-cı ildönümü Rusiyada, Orta Asiya ölkələrində də geniş şəkildə qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti