...

Xocalı soyqırımı ilə bağlı Almaniya telekanallarında verilişlər yayımlanacaq

Cəmiyyət Materials 22 Fevral 2008 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir S.İlhamqızı/ Xocalı soyqırımının 16 -cı ildönümü ilə əlaqədar Almaniyanın bir neçə şəhərində anım mərasimləri keçiriləcək. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mayns, Köln, Frankfurt, Düseldorf, Koblents şəhərlərində keçiriləcək tədbirlər Almaniyadakı türk diasporu ilə birlikdə təşkil olunacaq.

Berlindəki anım mərasimini isə, Azərbaycanın bu ölkədəki Səfirliyi, İqdır Bələdiyyəsi və diaspor təşkilatları birgə keçirəcəklər. Bundan başqa, Almaniyadakı diaspor təşkilatlarımızın təşəbbüsü və təşkilatçılığı ilə bir neçə televiziya kanalında Xocalı faciəsinə 1,5-2 saat vaxt ayrılacaq.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev fevralın 24-də Berlində "TQRT", fevralın 26-da Düseldorfda "KANAL Avropa", fevralın 27-də Frankfurtda "KANAL 7" televiziyalarında çıxış edəcək. TQRT-də soyqırımla bağlı Azərbaycanda yenicə istehsal olunmuş "DUA" sənədli filmi də nümayiş etdiriləcək. Qeyd edək ki, adı çəkilən hər 3 kanal türk dilində yayımlanır. Məqsəd Xocalı faciəsinə aid həqiqətləri Avropa ictimaiyyətinə çatdırmaqdır.

Xəbər lenti

Xəbər lenti