...

Vyanada Xocalı faciəsinin 16-cı ildönümü qeyd olunub

Cəmiyyət Materials 3 Mart 2008 13:23 (UTC +04:00)

Avstriya, Vyana, 3 mart / " , A.Ələsgərov/ Vyanada bazar günü Atatürk adına Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 16-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Avropada Azərbaycan və türk diasporu nümayəndələri, Avstriyada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşları iştirak ediblər.

Qonaqlar Xocalı faciəsi qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər, Azərbaycan və Türkiyənin himnləri səsləndirilib. Xocalı hadisələrinə həsr olunan sənədli film nümayiş olunub.

Çexiyadakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Araz Kərimov bildirib ki, Azərbaycan xalqı ermənilər tərəfindən Xocalıda törədilən soyqırım qurbanlarını unutmayacaq. O, hadisələrin əsas səbəbi kimi Ermənistanın təcavüzkarlığını və Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etməsini göstərib. Kərimov qeyd edib ki, Avropa ictimaiyyəti bu sayqırımı pisləməlidir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək Azərbaycan xalqına qarşı soyqırım törədiblər. Bir gecədə 613 nəfər qətlə yetirilib, müxtəlif yaşlarda minlərlə dinc sakin aldıqları güllə yaralarından əlil olub.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni, o cümlədən erməni icmasının da kompakt yaşadığı Dağlıq Qarabağ regionunu işğal edib.

Xəbər lenti

Xəbər lenti