Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir C.Babayeva/ Abituriyent sənədlərinin qəbulu üzrə komissiyanın üzvləri üçün cari təhsil ilində ərizə qəbulu proqramı sisteminin öyrədilməsi məqsədilə xüsusi treniniqlər keçiriləcək. Bu barədə çərşənbə günü Bakıda müşavirə zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə məlumat verib.
Bu təhsil ilində abituriyentlər sənədlərini yalnız internet şəbəkəsi vasitəsilə təqdim edə biləcəklər.
Onun sözlərinə görə, üçgünlük treninqlər zamanı komissiya üzvləri TQDK tərəfindən işlənib hazırlanmış proqram sistemilə işləmək bacarığını sübut etməlidirlər.
"Komissiya treninqləri uğurla başa vurmuş üzvlərdən ibarət olacaq" - deyə Abbaszadə bildirib.
Azərbaycanın Təhsil Nazirliyinin məlumatına görə, 1400 müəllim İKT təcrübəsinə malikdir.