Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir Z.Səfərov/ Azərbaycan yığması FİFA növbəti reytinqində mövqeyini yaxşılaşdırıb.
Yeni ranq cədvəlinə əsasən, komanda üç pillə irəliləyib və indi 119-cu yerdədir. Coko Hacıyevskinin yetirmələrinin aktivində 261 xal var və yığma Dünya çempionatı - 2010 turnirinin seçmə mərhələsi üzrə rəqibi, 120-ci yerdə qərarlaşan Lixtenşteyni bir xal qabaqlayır. Kollektiv Estoniya, Salvador, Liberiya, Tacikistan, Türkmənistan və bir çox digər ölkələri də araxada qoyub.
Bununla yanaşı, reytinqdə liderliyini əvvəlki kimi Argentina saxlayır. İkinci yerdə braziliyalılar qərarlaşıb. İlk üçlüyü hazırkı dünya çempionu İtaliya yığması tamamlayır.