...

Bəstəkar-müğənni Elza Seyidcahanı türk dinləyiciləri də tanıyacaq

Cəmiyyət Materials 14 Mart 2008 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /müx. "TrendLife" Safura/

Müğənni Elza Seyidcahanın bəstələri bundan sonra qonşu Türkiyədə fəaliyyət göstərən radiolarda səslənəcək. Bu haqda TrendLife-a bəstəkar-müğənninin özü məlumat verdi: "Türkiyədən təzəcə qayıtmışam. Sadəcə, ən əziz bayramımız olan Novruzu qeyd etmək üçün Bakıya döndüm. Amma martın sonunda yenidən Türkiyəyə dönəcəm. Bəstələdiyim "Türkiyə-Azərbaycan" adlı mahnım "Aləm FM" və "Pal FM" radiolarında səslənəcək. Bu dəfə Türkiyəyə səfərim türk telekanallarında çıxışım ilə bağlı olacaq. Öncədən danışmaq mənə düşmədiyi üçün, həyata keçirəcəyim layihələr barəsində ətraflı məlumat vermək isəmirəm. İnşallah gedib gələrəm, sonra baş verənlərin hamısını sizə də söyləyərəm".

Xəbər lenti

Xəbər lenti