...

"Azadlıq" qəzetinin jurnalisti artıq evə buraxıla bilər – müalicə həkimi

Cəmiyyət Materials 14 Mart 2008 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 marta / Trend , müxbir K.Ramazanova/ Bıçaq yarası ilə xəstəxanaya çatıdırlan "Azadlıq" qəzetinin jurnalisti Aqil Xəlil artıq evə buraxıla bilər. Bu barədə cümə günü onu müalicə edən həkim Zaur Məmmədov məlumat verib.

Martın 13-də saat 20-də naməlum şəxslər tərəfindən "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin ürək nahiyəsinə ağır bıçaq yarası vurulub. Jurnalisti M.Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasına çatdırıblar və o burada əməliyyat edilib.

Faktla bağlı cinayət işi açılıb.

Həkim bildirib ki, Xəlilin fiziki vəziyyəti normaldır, "onun yalnız psixoloji reabilitasiyaya ehtiyacı var".

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi, Avropa Şurası, Norveç və Almaniyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri, Azərbaycan parlamentinin deputatları Pənah Hüseyn və Nəsib Nəsibzadə, Mətbuat Şurasının sədri Əlfatun Amaşov və başqaları xəstəxanada jurnalistə baş çəkiblər.

Xəbər lenti

Xəbər lenti