...

Azərbaycanda qış -yay idman və turizm kompleksinin tikintisi layihəsi 1,5 - 2 mlrd. dollar məbləğində qiymətləndirilir

Cəmiyyət Materials 14 Mart 2008 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 14mart/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Qusar rayonu ərazisində tikiləcək qış-yay idman və turizm kompleksinin tikinti layihəsinin ümumi dəyəri 1,5 -2 mlrd. dollar məbləğində qiymətləndirilir. Bu barədə cümə günü Bakıda jurnalistlərə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev məlumat verib.

Nazirin sözlərinə görə, Şahdağın ətəyində tikiləcək kompleksin infrastrukturu yay mövsümünə hazır olacaq.

"Azərbaycan hökuməti kompleksin infrastrukturunun ancaq təşkilati məsələlərini maliyyələşdirəcək. Layihənin sonrakı mərhələsində isə, tenderlər elan ediləcək" - nazir bildirib.

Qarayev qeyd edib ki, kompleksin tikinti layihəsi Avstriya və Almaniya mütəxəssislərinin iştirakı ilə hazırlanıb.

Xəbər lenti

Xəbər lenti