...

Erməni əsirliyində olan əsgərin əmisi aclığa başlayıb

Cəmiyyət Materials 18 Mart 2008 18:05 (UTC +04:00)

Azərbaycan, Şəki, 187 mart / Trend , müxbir E. Quliyev/ Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərinin əmisi oturaq aclıq aksiyasına başlayıb.

Trend in bölgə müxbirinin verdiyi məlumata görə, Yaqub Muxtarovun əmisi Allahverdi Muxtarov çərşənbə axşamı Şəkinin Şəhidlər Xiyabanında çadır quraraq, oturaq aclıq aksiyasına başlayıb.

Azərbaycan Ordusunun əsgəri, 1988-ci il təvəllüdlü, Şəki şəhərində anadan olmuş Yaqub Muxtarov martın 9-da Tovuz rayonu istiqamətində əsir götürülüb.

1988-ci il təvəllüdlü Muxtarov ötən ilin oktyabrında Şəki şəhər hərbi komissarlığından hərbi xidmətə çağrılıb.

Məlumata görə, Muxtarov, Müdafiə Nazirliyinin və Ombudsmanın, əsir götürülmüş qardaşı oğlunun taleyinə biganə münasibətlərinə etiraz edir və onun azad olunması üçün tədbirlər görülməsini tələb edir.

Ombudsman Elmira Süleymanova bir neçə gün öncə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin rəhbərliyinə müraciət edərək, Yaqub Muxtarovun əsirlikdən azad edilməsi üçün köməklik göstərilməsini xahiş edib.

Xəbər lenti

Xəbər lenti