...

Dünya Azərbaycanlıları Konqresinin X Qurultayi iyunda Brusseldə keçiriləcəkdir

Cəmiyyət Materials 19 Mart 2008 00:46 (UTC +04:00)

Azərbaycan, Bakı. 19 mart / Trend / Dünya Azərbaycanlıları Konqresinin (DAK) X (novbədənkənar) BIRLIK Qurultayı 20-22 iyun 2008-ci il tarixində Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin Iqamətgahında keçiriləcəkdir. DAK-ın Mətbuat Xidmətindən Trend ə verilən məlumata görə, qurultayın ilk günü "Güney Azərbaycanın çağdaş durumu və siyasi gələcəyi" mövzusunda seminar keçirililməsi nəzərdə tutulmuşdur.

Seminarda Azərbaycanın siyasi xadimləri ilə yanaşi, Avropa Parlamentarları, BMT və Beynəlxalq Amnistiya Təşkilarının nümayəndələri, Avropada fəaliyyət göstərən Insan Hüquqları təşkilatlarının təmsilçiləri, Azərbaycanşunas alimlər, media mənsubları iştirak edəcəkdir.

Xəbər lenti

Xəbər lenti