...

Gəncədə gigiyenik qaydaları pozan obyektlər bağlanıb

Cəmiyyət Materials 4 Aprel 2008 11:19 (UTC +04:00)

Azərbaycan, Gəncə, 04 aprel / Trend ", müxbir V. Məmmədov/ Gəncə şəhərində küçə ticarətinin qarşısını almaq və ticarət obyektlərində gigiyenik normaların yoxlanması məqsədilə reydlərin keçirilməsinə başlanılıb. Bu barədə cümə günü Trend "a şəhər Gigiyena və Epidemiologiya Mərəkəzinin direktor müavini Hüriyyət İsmayılova məlumat verib. Onun sözlərinə görə, reydlər mərkəzin əməkdaşları ilə birgə polis tərəfindən də aparılır.

İsmayılova bildirib ki, reydlər zamanı son bir həftə ərzində 3 obyekt bağlanıb və 2 obyekt cərimələnib. 20-dən sox iaşə və ticarət obyektinə isə xəbərdarlıq olunub. Reydlər bir ay davam etdiriləcək.

Paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşən Gəncədə 100-ə yaxın ictimai iaşə, 313 ərzaq ticarəti satışı məntəqəsi və 48 iri sənaye müəssisəsi fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti