...

"Neftçi" FK "Masallı" ilə Lənkəranda oynayacaq

Cəmiyyət Materials 4 Aprel 2008 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müx. Z.Səfərov/ Azərbaycanın futbol üzrə növbəti çempionatının XX mərhələsində "Masallı" və "Neftçi" futbol komandalarının görüşü Lənkərandakı Olimpiya Kompleksində baş tutacaq.

AFFA -nın məlumatına görə, bakılılar o qədər də yaxşı olmayan qazonu əsas gətirərək, bu oyun meydançasında çıxış etməyin əleyhinə idilər, bu səbəbdən görüşün Yüksək Liqanın yeni iştirakçısının ev qarşılaşmalarını keçirdiyi meydanda keçirilməsi qərara alınıb. Bununla yanaşı, yarışı kifayət qədər böyük sayda azarkeşin izləyəcəyini nəzərə alaraq, qarşıdakı oyunun bölgədə keçirilməsi planlaşdırılıb.

"Masallı" əvvəldən rəqibini Olimpiya Kompleksinin stadionunda qarşılayacağını bəyan etmişdi və bu gün bu hüquqa nail olmaqla, hazırda ikinci yerdə olan, milli futbolun flaqmanı ilə görüşə hazırlaşır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti