...

Azərbaycanın 6 rayonunda yeni geoloji yataqlar kəşf edilib

Cəmiyyət Materials 18 Aprel 2008 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir C.Babayeva/ Azərbaycanda yeni geoloji yataqların kəşfi üzərində iş aparılır. Bu barədə cümə günü Bakıda jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.

Azərbaycanda qeyri-neft sektoruna aid 600-dən artıq faydalı qazıntı yatağı aşkarlanıb. Bunlardan 80 yataq nəhəng yataqlar sırasına aiddir.

Nazirin sözlərinə görə, kəşfiyyat işləri Xanlar, Daşkəsən, Qəbələ, Oğuz, Quba, Qusar rayonlarında aparılır.

"Axtarışlar uğurlu olduğuna görə hazırda daha dəqiq işlər həyata keçirilir. 2-3 ildən sonra həmin geoloji yataqlar istismar cəhətdən maraq kəsb edən yataqlara çevriləcək", deyə nazir bildirib.

Bağırov bildirib ki, yataqlarda proqnozlaşdırma işləri aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti