...

Həbsdə olan baş redaktorun vəsatətləri təmin olunmayıb

Cəmiyyət Materials 25 Aprel 2008 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir T.Abbasov/ "Azadlıq" qəzeti baş redaktoru Qənimət Zahidin apellyasiya şikayəti üzrə cümə günü məhkəmənin hazırlıq iclası keçirilib.

Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində şübhəli bilinərək məhkəmənin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Vüsal Həsənova 1 il 6 ay iş verilib.

Bakı şəhər Apellyasiya Məhkəməsində keçirilən iclasda Zahidin vəkili Elçin Sadıqov təqsirləndirilən Həsənovun təkrar tibbi ekspertizadan keçirilməsi və məhkəmənin tam istintaq aparılmaqla davam etdirilməsi barədə vəsatət verib.

Prokuror vəsatətlərin əsassız olduğunu deyib və prosesin istintaq aparılmadan davam etdirilməsini məhkəmədən xahiş edib.

Müşavirədən sonra məhkəmə vəsatətləri təmin etməmək barədə qərar çıxarıb.

Apellyasiya şikayəti üzrə məhkəmə baxışı mayın 7-nə təyin olunub.

Baş redaktorun həbsinə noyabrın 7-si saat 16 radələrində "Azadlıq" qəzeti redaksiyasının yerləşdiyi "Azərbaycan" nəşriyyatının binası qarşısında baş vermiş insident səbəb olub. Sevgiladə Quliyeva və Vüsal Həsənov adlı iki nəfərlə Zahid arasında yaranan mübahisə əlbəyaxa dava ilə nəticələnib. Həmin gün Yasamal rayon Polis İdarəsinə müraciət edən Həsənov məhkəmə-tibb ekspertizasından keçib və ona kəllə-beyin travması aldığı barədə rəy verilib.

Zahid ötən il noyabrın 11-də Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub.

Azərbaycanda 3 jurnalist həbsdədir.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti