...

UEFA azərbaycanlı hakimə təyinat göndərib

Cəmiyyət Materials 29 Aprel 2008 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanlı FİFA referisi beynəlxalq dərəcəli oyunu idarə edəcək. Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) mətbuat xidmətinin verdiyi məlumata görə, Babək Quliyev UEFA İntertoto kuboku çərçivəsində keçiriləcək oyunu idarə edəcək.

Quliyev UEFA İntertoto kubokunun ikinci mərhələsinin cavab oyunları çərçivəsində iyulun 12-də Norveç komandası ilə Litva və Estoniya klublarının qalibi arasında keçiriləcək oyuna təyinat alıb.

FİFA və UEFA vaxtaşırı Azərbaycandan olan hakimlərə yığmalar və klublar arasında keçirilən beynəlxalq dərəcəli oyunlara görə təyinat göndərir. Azərbaycanlı hakim Tofiq Bəhramov 1966-cı ildə dünya çempionatının Almaniya ilə İngiltərə arasında keçirilən final oyununu idarə edən hakimlər briqadasında yer alıb.

Hazırda Quliyev Azərbaycanın üç FİFA dərəcəli hakimindən biridir.

Quliyev Azərbaycan Premyer-Liqasının son turunda "Qəbələ" - "Simurq" oyununu idarə edib. AFFA Hakim-İnspektorlar Komitəsi onun idarəçiliyini 8,4-lə qiymətləndirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti