Azərbaycan, Bakı, 01 may / " , müxbir S.Ağayeva/ Azərbaycan Ombudsmanı genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təklifi ilə ölkə parlamentinə müraciət edib.
Ombudsman Aparatından verilən məlumata görə, Elmira Süleymanova "Azərbaycanın insan hüquqları üzrə müvəkkili haqqında" qanuna əsasən, amnistiya barədə qərarın qəbul edilməsi xahişi ilə Milli Məclisə məktub göndərib.
Bu il "İnsan haqları barədə Ümumdünya Bəyannaməsinin qəbul olunmasının 60 illiyi" və insan haqları üzrə Avropa Konvensiyasının qüvvəyə minməsinin 55 illiyi qeyd olunur. Buna görə bu il vətəndaş hüquqları və azadlığı nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir", - deyə Ombudsmanın müraciətində bildirilir.
Suleymanova hesab edir ki, cari ilin payızında ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində genişmiqyaslı amnistiya aktının qəbul edilməsi Azərbaycanın demokratik və hüquqi dövlət olduğunu və demokratik dəyərlər və humanizm prinsiplərinə bağlılığını nümayiş etdirəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan \: [email protected]