Azərbaycan, Bakı, 02 may/ Trend , müxbir M.Əliyev/ ABŞ prezidenti Corc Buş Kubadan sonra Çini jurnalistlər üçün ən ağır şəraitin olduğu ölkə adlandırıb. Bu barədə Frans Press Agentliyi məlumat verib.
"Yalnız açıq cəmiyyətlər mətbuat azadlığını müdafiə edir və ona arxalanırlar", - cümə günü Beynəlxalq Mətbuat Azadlığı günü ilə əlaqədar ABŞ prezidenti bildirib.
O qeyd edib ki, ABŞ jurnalistlərin, o cümlədən bloqqerlər və İnternet-reportyorların qarşılaşdıqları izləmələri, fiziki hədələri, təqibəri və digər münasibəti pisləyir. Belə faktlar Çin, Kuba, Misir, Tunis, Venesuela və Vyetnamda, jurnalistlərin öldürülməsi faktları isə Belarus, Livan və Rusiyada müşahidə edilir.
Buş Belarus, Myanma, Çin, Kuba, Eritreya, İran, Liviya, Şimali Koreya, Suriya, Venesuela və Zimbabveni jurnalistlərin tez-tez həbs olunduğu, söz azadlığını müdafiə edən qanunların mövcud olmadığı ölkələr sırasına aid edib.
"2007-ci ildə Çin Kuba, Eritreya, İran və Azərbaycandan sonra jurnalistlərin hamıdan çox həbs edildiyi ölkə olub", - Buş bildirib.
Amerika prezidenti Belarus, Livan və Rusiyanı jurnalistlərin qətlinin açılmadığı ölkələr adlandırıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]