...

Məni efirə çıxmağa qoymurlar-müğənni Elxan Qaraxanoğlu

Cəmiyyət Materials 6 May 2008 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /müx. TrendLife Türkan İmaməliyeva/ Müğənni Elxan Qaraxanoğlu çoxdandır ki, efirlərdə görsənmir. Sənətçinin efirlərdə görünməməsinin səbəbi ilə maraqlandıq. "Şəxsi problemlemlərim olduğundan efirdən uzaqlaşdım. Əsas səbəb isə müəyyən insanlar tərəfindən mənəvi təzyiqlərə məruz qalmışam. Onlar hər cür vasitə ilə kanallarda görünməyimə əngəl törədirlər. Bu gün telekanalların böyük əksəriyyəti sənəti kommersiya maraqlarına qurban verirlər. Prodüserim kanallara gedərkən müəyyən problemlərlə üzləşir. Açıq şəkildə mənim efirdə görünməyimə əngəl yaradırlar. 18 ilin müğənnisiyəm, mənə qadağa qoyular. Nədənsə səhnəyə dünən gələnlərin pulu, sponsorları, tapşıranları güclü olduğundan onlar üçün qapılar açıqdır. Əgər biz demokratik ölkədə yaşayırıqsa, bir müğənni kimi mənim də efirlərdə görünmək hüququm var. Əgər vəziyyət belə davam edərsə, Mehriban Əliyevaya müraciət etmək məcburiyyətində qalacam. Nə qəbahətim var ki, efirlərin qapısı üzümə bağlıdır. Axı, hər şeyi şəxsi münasibətlərə qurban vermək olmaz".

Müğənni söhbət əsnasında onu da bildirdi ki, hazırda yeni albom üzərində çalışır. Alboma aşıq və türk mahnıları daxil ediləcək.

Xəbər lenti

Xəbər lenti