Azərbaycan, Bakı, 13 may / Trend , müxbir C.Babayeva/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Rusiyanın ali məktəblərinə qəbul imtahanında iştirak etmək üçün 113 Azərbaycan gəncini qeydiyyatdan keçirib. Bu barədə Trend -a Dövlət Komissiyasından məlumat verilib.
Məlumata əsasən, Rusiyanın Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna qəbul imtahanında 18, Rusiyanın digər ali məktəblərinə qəbul imtahanında 95 nəfər iştirak edəcək.
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu cari tədris ilində Azərbaycan gəncləri üçün 3 yer ayırıb.
Rusiyanın ali məktəblərinə qəbul imtahanı mayın 14-də keçiriləcək. İmtahanın nəticələri həmin gün TQDK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend