Azərbaycan, Bakı, 15 may /müx. TrendLife Nigar Musayeva/
Bu gün mayın 15-i ailə günüdür. Yəqin ki, şou ulduzların ailələrində vəziyyətin necə olması hər kəsi maraqlandırır.
Elnarə və Rövşən Cahangirovlar
Elnarə:- "Ailə mənim üçün ən qiymətli varlıqdır. Bilirsinz, ailədə hər xırda şeyə görə söz-söhbət etmək olmaz. Sözsüz ki, hər ailədə söz olur. Amma bunu şişirtmək lazım deyil". Heç qısqanclıq zəmnindəndə bir-birinizi incitmirsiniz sualına müğənni bu gür cavab verdi. "Qısqanclıq bir-birimizi təzə-təzə tanıyan vaxtlar olurdu. İndi artıq ikimizdə böyümüşük, bir övladımız da var".
Lalə Məmmədova və İlham Qafarov
Lalə:-"Bizim tanışlığımız iki ay içində olub. Bir-birimizi tanıdıqdan sonra evlənməyə qərar verdik. Bizdə ilk baxışdan məhəbbət olmayıb. Sadəcə iki yaxın insan kimi, ilk gündən bir-birimizi başa düşüb, dəstək vermişik. Həyat yoldaşımda ən çox dəyər verdiyim xüsusiyyət onun dürüst, və verdiyi sözün üstündə durmasıdır. Övladımız olduqdan sonra isə ailəmiz daha da möhkəmləndi".
Manana Çaparidze və Qeorqi Qabaçeva
Manana:-"Mən həmişə deyirdim ki, sevərək ailə quracam. Qeorqi ən çətin olan anımda həyatıma girdi. O, mənə həm ata, həm həyat yoldaşı, həm də qardaşdır. Onunla çox xoşbəxtəm".
Cavan və Roya Zeynallı
Cavan:-"Ailə ən təmiz və uca varlıqdır. Ailədə ən əsası hörmət və sevginin olmasıdır. Həddən artıq qısqanc olsamda, bir müddət keçəndən sonra hər şeyi unutmağa çalışıram. Amma yenədə çalışırıq ki, ailədə boş şeylərə görə problem yaratmayaq".
Anar və Elnurə Mədətovalar
Elnurə:-"Biz artıq 12 ildir ki, ailəliyik. Bundan əlavə bir yerdə işləyirik. Demək olar ki, bütün günümüz bir-birimizin yanında keçir. Bəziləri hesab edir ki, bu güzgün deyil. Belə olduqda insanlar bir-birlərindən bezə bilərlər. Lakin hələlik belə bir vəziyyət bizdə yaramayıb. Əksinə birimiz səfərə gedəndə, o, birimiz o dəqiqə darıxmağa başlayırıq. Mübahisəmiz işlə bağlı olur. Küsdüyümüz zaman, həyat yoldaşım Anar ilk olaraq mənimlə barışmağa cəhd göstərir. Ailədə ikimizdə hər şeydən əvvəl rahatlıq tapırıq".