...

Azərbaycanın futbol üzrə yığma komandası ilə oynayacaq rəqiblərin heyətləri məlum olub

Cəmiyyət Materials 20 May 2008 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının iyunun 1-də səfərdə yoxlama oyununda qarşılaşacağı Bosniya və Herseqovina ilə iyunun 4-dəki rəqibi olan Andorranın heyəti açıqlanıb. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Bosniya və Herseqovina yığma komandasının heyətində azərbaycanlı futbolçularla oyunda Fransanın "Lion" klubunda çıxış edən Miralem Pyaniç, Almaniya "Volfsburq"unda forma geyən Zvezdan Misimoviç kimi oyunçular iştirak edəcək.

Azərbaycanın iyunun 1-dəki rəqibi bir neçə gün əvvəl baş məşqçisi Meho Kodro ilə yollarını ayırıb. Buna səbəb Bosniya və Herseqovina Futbol Federasiyasının Kodronun icazəsi olmadan İran yığma komandası ilə yoldaşlıq oyunu keçirmək istəməsi olub.

Andorra yığma komandasının Azərbaycan millisi ilə oyunda forma geyəcək futbolçularından heç biri Avropanın aparıcı klublarında çıxış etmir. Azərbaycan yığması ilə görüşdə iştirak edəcək andorralı futbolçuların hamısı İspaniyanın aşağı liqalarından və Andorra çempionatından dəvət olunub.

Azərbaycan yığma komandasının iyunun 1-i və 4-dəki oyunlar üçün heyəti mayın 24-də keçiriləcək ölkə kuboku uğrunda final oyunundan sonra açıqlanacaq.

Azərbaycan yığma komandasının baş məşqçisi almaniyalı Berti Foqtsdur. Bosniya və Herseqovina ilə oyun almaniyalı mütəxəssisin Azərbaycan yığma komandasında ilk oyunu olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti