...

Azərbaycan jurnalistlərinin 5-ci qurultayının keçiriləcəyi yer və tarix müəyyənləşib

Cəmiyyət Materials 3 İyun 2008 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun/ Trend , müxbir E.Babayev / Azərbaycan jurnalistlərinin 5-ci qurultayının keçiriləcəyi yer və tarix müəyyənləşib. "Qurultay iyun ayının 20-də Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək", - deyə çərşənbə axşamı Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Trend -un arayışı: Mətbuat Şurası 5 il bundan öncə jurnalistlərin birinci qurultayında formalaşdırılıb. Qurumun İdarə Heyəti 15 nəfərdən ibarətdir. Onlardan 9-u KİV təmsilçiləri, 6-sı isə ictimaiyyət nümayəndəsidir.

Amaşov bildirib ki, qurultayın gündəliyi üzərində son dəqiqləşdirmə işləri aparılır. Onun sözlərinə görə, toplantıda əsasən təşkilati məsələlər diqqət mərkəzində olacaq. Bundan başqa, Azərbaycan jurnalistikasının problemləri ilə bağlı məsələlər də qurultayda müzakirə mövzusu olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti