Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir C.Babayeva/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarının tarixini elan edib. Onun sözlərinə görə, III qrup ixtisası üzrə qəbul imtahanları iyunun 29-da, I qrup üzrə iyulun 8-də, II qrup üzrə iyulun 14-də, IV qrup üzrə iyulun 20-də keçiriləcək.
2008-ci ildə 121 244 şagird orta məktəbi bitirir.
Abbaszadənin qeyd etdiyinə görə, 2008-2009-cu tədris ili üçün ölkənin dövlət və özəl ali məktəblərinə 119 766 elektron ərizə təqdim olunub. Sənədlərin qəbulu üzrə komissiyalarda 116 434 abituriyentin elektron ərizəsi təsdiqlənib.
I qrup ixtisası üzrə abituriyentlərin 36 914 elektron ərizəsi (2007-ci ildə 32 358), II qrup üzrə 21 822 ərizə (17 726), III qrup üzrə 40 539 ərizə (40 109), IV qrup üzrə 17 159 ərizə (13 174) təsdiqlənib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend