...

Mini-futbol üzrə "Aznet Kuboku"nda topla birgə ayaqqabı da qapıya daxil olub

Cəmiyyət Materials 9 İyun 2008 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir V.İmanov/ Futbolda rəqibin lazımi dərəcədə qiymətləndirilməməsi həmişə xoşagəlməz sürprizlərə səbəb olur. Turnirin təşkilatçısı olan "TREND" Xəbər Agentliyinin (sayt: www.trend.az ) komandası futbol üzrə ilk "Aznet Kubku"nun növbəti oyunu çərçivəçində NISA-ya (NATO International School of Azerbaijan) (sayt: www.mfa.gov.az ) qarşı oyuna məhz bu cür əhval-ruhiyyə ilə çıxmışdı. Görünür NATO-çuların keçən dəfəki 8:1 hesablı böyük məğlubiyyətini nəzərə alan "jurnalist"lər rəqibi turnirdən "kənarlaşdıra biləcəklərini" düşünürdülər. Lakin oyun olduqca ağır keçdi.

Komanda oyunçularına göstərilən iki sarı vərəqə də oyunun gərgin keçdiyinə sübutdur. Əgər NİSA-nın oyunçuları daha dəqiq oynasaydı, yekun nəticə 4:1 "TREND"in xeyrinə deyil, əksinə də ola bilərdi. İstifadə olunmayan qol vəziyyətlərinin çoxluğu futbolun qızıl qaydasına gətirib çıxartdı - sən vurmazsan, sənə vurarlar. Lakin necə olursa olsun, bu oyunda qələbə TREND-i növbəti mərhələyə çıxartdı. Qeyd edək ki, NİSA oyunçuları tərəfindən bu oyunda bəlkə də turnirin ən kuryoz qolu vuruldu. Belə ki, top qapı toruna futbolçunun ayaqqabısı ilə birgə daxil oldu.

Turnirdə saytı olan 12 komanda iştirak edir. Püşkatmanın nəticələrinə görə, komandalar bu formada qərarlaşıb:

A Qrupu: "EylencE", "Azerisport", "Bayern Munchen"; B Qrupu: "BakuPages", "TREND", "NISA"; C Qrupu: "Penya Baku" (Realmadrid.az), "Smart Systems", "neftchipfc.com"; D Qrupu: "Young Diplomats", "Baku Reds", "Terimakasi".

İyunun 14 və 15-də keçiriləcək dörddə bir finalda qrupda ilk iki yeri tutan komandalar qarşılaşacaq:

A1 -C2

C1-A2

B1-D2

D1-B2

Göstərilən cütlərin qalibləri iyunun 21-də keçiriləcək yarımfinal mərhələsində oynayacaqlar.

Turnirə dair əlavə məlumatı http://forum.trendaz.com/index.php?showforum=71 mənbəsindən almaq olar.

Xəbər lenti

Xəbər lenti