...

Azərbaycanın futbol klubu Türkiyədən iki hücumçu gətirəcək

Cəmiyyət Materials 10 İyun 2008 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycan Premyer-Liqasının iştirakçısı olan Ağdamın "Qarabağ" futbol klubu transfer çalışmalarını davam etdirir. Kluba yaxın mənbələrdən "Trend-News"a verilən məlumata görə, hazırda Türkiyədə olan baş məşqçi Rasim Kara özü ilə iki hücumçu gətirəcək.

Premyer-Liqanı 5-ci pillədə başa vuran "Qarabağ" klubu 26 oyundan 41 xal toplamışdı.

Bir müddət əvvəl Türkiyənin məşhur futbolçusu Hasan Şaşı transfer etmək istəyən "Qarabağ" bu istəyinə çatmağa yaxındır. Danışıqların müsbət sonluqla bitəcəyi gözlənilir.

Karanın gətirəcəyi hər iki hücumçu onun həmvətənidir. Həmin futbolçuların adları yaxın günlərdə açıqlanacaq.

"Qarabağ" yeni mövsümün hazırlıqlarına iyunun 18-də başlayacaq. İki həftəlik paytaxt təlimlərindən sonra, komanda Türkiyəyə gedəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti