...

Azərbaycan milli komandası yoxlama oyunu keçirəcək

Cəmiyyət Materials 11 İyun 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandası yoxlama oyunu keçirəcək. AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, millimizin rəqibi "Qarabağ- 2" komandasıdır.

Oyun sabah saat 18.00-da keçiriləcək.

Bu yoxlama oyunu iyunun 17-dən 21-dək Moldovada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək milli komandamızın hazırlığını daha da yaxşılaşdırmaq məqsədi güdür.

Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandasının baş məşqçisi almaniyalı mütəxəssis Bernhard Lippertdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti