...

Azərbaycanın "Təhsil haqqında" qanun layihəsinin yenidən işlənməsinə lüzum yoxdur - parlamentin komissiya sədri

Cəmiyyət Materials 14 İyun 2008 11:58 (UTC +04:00)
Azərbaycanın "Təhsil haqqında" qanun layihəsinin yenidən işlənməsinə lüzum yoxdur - parlamentin komissiya sədri

Azərbaycan, Bakı, 14 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanın "Təhsil haqqında" qanun layihəsi yenidən işlənməyəcək. "Qanun layihəsinin yenidən işlənməsinə lüzum yoxdur", şənbə günü jurnalistlərə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri, deputat Şəmsəddin Hacıyev bildirib.

Trend -un arayışı: Azərbaycan parlamentinin dünən keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Siyavuş Novruzov bildirib ki, ölkənin təhsil haqqında yeni qanun layihəsinin hazırlanması üçün prezident İlham Əliyevin yanında xüsusi komissiya yaradılmalıdır. Onun sözlərinə görə, təhsil haqqında yeni qanun layihəsini hazırlayan şəxslər öz maraqlarını güdüblər və xalqın maraqlarına cavab verən layihə hazırlamaq mümkün olmayıb.

Azərbaycanda hazırda qüvvədə olan "Təhsil haqqında" qanun 1992-cü ildə qəbul olunub və 1995-ci ildə təhsil haqqında yeni qanun layihəsinin hazırlanmasına başlanılıb. Lakin parlament, Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, ali təhsil müəssisələri, Maliyyə və Vergilər nazirlikləri arasında olan fikir ayrılıqına görə, qanun layihəsini qəbul etmək mümkün olmayıb. 2007-ci il dekabrın sonunda təhsil haqqında yeni qanun layihəsi parlamentdə birinci oxunuşdan keçib. Qanun layihəsinin qəbul edilməsi parlamentin yaz sessiyasının gündəliyinə daxil edilib. Sessiya başa çatsa da, qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılmayıb.

Hacıyev deyib ki, "Təhsil haqqında" qanun layihəsinin ikinci oxunuşdan parlamentin müzakirəsinə çıxarılmaması, Milli Məclisin yaz sessiyasının iş qrafikinin gərgin keçməsi ilə əlaqəli olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti