...

"Neftçi" UEFA-İntertoto kubokunda bacardığı qədər irəliləməyə çalışacaq-baş məşqçi

Cəmiyyət Materials 20 İyun 2008 13:18 (UTC +04:00)
"Neftçi" UEFA-İntertoto kubokunda bacardığı qədər irəliləməyə çalışacaq-baş məşqçi

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubu sabah Bakıda UEFA-İntertoto kuboku çərçivəsində qarşılaşacağı Slovakiyanın "Nitra" komandası ilə bağlı məlumat əldə edə bilməyib. "Nitra" klubu ilə bağlı demək olar ki, heç bir məlumat əldə edə bilməmişik. Amma onu bilirəm ki, bu komandanın baş məşqçisi dəyişib və heyətində xeyli sayda yeni futbolçular var", cümə günü Trend -un keçirdiyi mətbuat konfransında "Neftçi"nin ukraynalı baş məşqçisi Anatoli Demyanenko deyib.

"Neftçi" "Nitra" ilə Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Oyun saat 21.00-da başlayacaq.

Demyanenko deyib ki, "Neftçi" UEFA-İntertoto kubokunda bacardığı qədər irəliləməyə çalışacaq. "Komandamız növbəti Azərbaycan çempionatında uğurlu çıxış edə bilməsə, bunu UEFA-İntertoto kubokunda iştirakımızla əlaqələndirməyəcəyik. Biz UEFA-İntertoto kubokuna yoxlama oyunları kimi yanaşırıq və burdakı rəqiblərimizi sparrinq rəqiblər kimi qiymətləndiririk", - deyə baş məşqçi əlavə edib.

Mətbuat konfransında iştirak edən "Neftçi" klubunun yeni vitse-prezidenti İlqar Quluzadə isə bildirib ki, azarkeşlər "Nitra" ilə oyunda stadionu dolduracaqlar: "Oyunun biletlərinin qiymətini çox ucuz - bir manat etmişik. Bizim üçün vacib olan ölkəmizdə azarkeşlərin futbola marağını artırmaqdır. Amma sizi inandırım ki, "Nitra" ilə Slovakiyada keçirəcəyimiz cavab oyununda biletlərin qiyməti 20-25 avrodan aşağı olmayacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti