...

Euro-2008-in sonuncu yarımfinalçısının adı bəlli oldu

Cəmiyyət Materials 23 İyun 2008 03:06 (UTC +04:00)
Euro-2008-in sonuncu yarımfinalçısının adı bəlli oldu

Azərbaycan, Bakı, 23 iyun / Trend / Euro-2008-in 1/4 finalının son qarşılaşması İspaniya yığmasının qələbəsi ilə başa çatıb. Luis Araqonesin yetirmələri İtaliya millisini penaltilər seriyasında məğlub edərək yarımfinala vəsiqə qazanıblar.

İtalyanlardan penaltini De Rossi ilə Di Natale dəqiq yerinə yetirə bilməyiblər. Dünya çempionlarına penaltilərin birini qaytaran Buffon da kömək etməyib.

Hər iki komandanın çoxsaylı hücumlarına baxmayaraq azarkeşlər matçın əsas və əlavə edilmiş vaxtda qolları görə bilməyiblər.

Bu qarşılaşmanın qalibi yarımfinalda Rusiya yığması ilə üz-üzə gələcək. Ruslar şənbə günü AÇ-nin favoriti sayılan hollandlara heç bir şans verməyiblər - 3:1.

İtaliya-İspaniya qarşılaşmasını almaniyalı Herbert Fandelin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Xəbər lenti

Xəbər lenti