Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakılı" futbol klubu heyətini Gürcüstandan və Ukraynadan olan legionerlərlə gücləndirəcək. Bu barədə çərşənbə axşamı Trend -a "Bakılı" klubunun baş məşqçisi Nadir Qasımov məlumat verib.
"Bakılı" futbol üzrə sonuncu mövsümü Azərbaycan çempionatının birinci divizionunda keçirib. Komanda Premyer-Liqaya vəsiqə qazanandan sonra Qasımov onun baş məşqçisi kimi fəaliyyət göstərməyə başlayıb.
Baş məşqçi bildirib ki, artıq "Bakılı"nın düşərgəsində Yunanıstandan dəvət olunmuş üç legioner futbolçu var. Gürcüstandan və Ukraynadan olan futbolçular bir neçə gündən sonra gələcəklər.
Qasımovun dediyinə görə, hələ ki, "Bakılı" klubu heç bir futbolçu ilə müqavilə bağlamayıb. Baş məşqçi bunu futbolçular arasında seçim etmək istəyi ilə izah edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]